Çox zaman kiçik həcmli yüklərin mütəmadi olaraq daşınmasının ən optimal variantı onların  yığma yük şəklində daşınmasıdır. Bu məsələ həmçinin yükün kiçik partiyasının birdəfəlik göndərilməsində də optimaldır. Bu tip yüklərin daşınması, bir qayda olaraq, xaricdə kiçik partiyalarla mal alan kiçik və orta biznes sahiblərinə lazımdır. Belə yüklərin daşınması üçün ayrıca nəqliyyat vasitəsinin istifadəsi məqsədəuyğun deyil. Belə hallarda bir nəqliyyat vasitəsinə və yaxud konteynerə iki və daha çox yük yüklənir. Bu cür daşınma yığma, daşınan yüklər isə yığma yüklər və yaxud qruppaj yüklər adlanır. Yığma yüklərin daşınması zamanı, əsasən, avtomobil nəqliyyatı və həmçinin, konteynerlərlə daşınmadan istifadə olunur.

“AZTRANSLINE” yığma yüklərin  tranzit anbarlara konsolidasiyanı və sonra bu yüklərin təyinat nöqtəsinə qədər çatdırılmasını təşkil edir. Biz Avropanın Almaniya, Polşa, Çexiya, Türkiyə kimi ölkələrındə yığma yüklərin toplanması və göndərilməsi üçün ən müasir avadanlıqla təchiz olunmuş tranzit anbarlara malikik. Avropadan yığma yüklərin daşınması məsələsi lazımi səviyyədə yoluna qoyulmuşdur,   çünki orada anbar infrastrukturu çox güclü inkişaf etmişdir və yükün tez bir zamanda gömrük rəsmiləşdirilməsi üçün heç bir maneə mövcud deyil. Anbar infrastrukturu və yüklərin tez bir zamanda gömrük rəsmiləşdirmə strukturu  güclü inkişaf etməmiş keçmiş Sovet məkanı ölkələrinə gəlincə isə biz, yük nəqliyyat vasitəsini bir göndəricidən digərinə göndərmək prinsipindən istifadə edərək, mütəmadi olaraq yığma yüklər yığırıq. Yığma yüklərin daşınması zamanı müxtəlif növ yüklərin maşına necə yığılması ( yığılarkən bir-birinə qarışmaması və əzilməməsi ) və hər bir yükün maşında tutacağı yer haqqında xüsusi təlimat keçmiş təcrübəli sürücülərdən istifadə olunur. Belə yükləri biz  Moskva və Moskva vilayəti üzrə və ümumiyyətlə, bütün Rusiya üzrə yığırıq.

Yükünüzü “AZTRANSLINE” etibar edin və biz Sizin etimadınızı doğruldacağıq!