Avtomobil daşımaları
Avtomobil daşımaları beynəlxalq nəqliyyatda yüklərin çatdırılmasının ən çox tələb olunan və rahat vasitələrindən biridir. Avtomobil daşımaları daha çox Avropa, MDB və yaxın Şərq ölkələri ilə işləmək üçün əlverişlidir.
Avtomobil daşımaları daha yaxşı nəzarət olunan və universal yük daşıma vasitəsitəsidir ki, onun vasitəsilə təhlükəli yükləri, qeyri-qabarit yükləri və temperatur rejiminə riayət etməyi tələb edən yükləri daşımaq olur.
«AZTRANSLINE» avtomobil nəqliyyatında bütün növ yüklərin daşınmasını təşkil edir:
— Yığma yüklərin daşınması;
— Təhlükəli yüklərin daşınması;
— Qeyri-qabarit yüklərin daşınması;
— Konteynerlərin daşınması.
Avtomobil daşınmasının bütün prosesi ərzində «S&E TRANS MOTORS»-un əməkdaşları yükün hərəkətini izləyir və bununla da, daşınmaların təhlükəsizliyini, vaxtında çatdırılmasını və operativliyi təmin edir. Bizim sifarişçilər daim yükün yerləşdiyi yer və planlaşdırılan yükləmə tarixi, yükün təyinat nöqtəsinə göndərilməsi və çatması haqqında tam məlumat ala bilərlər. Şirkətin mütəxəssisləri müstəqil olaraq daşımaların optimal marşrutlarını tərtib edir, qeyri-qabarit və ağır çəkili yüklərin daşınması zamanı zəruri icazələrin alınmasında kömək edir, tələb olunan sənədlərə, gömrük fakturalarının doldurulması və sığortalara dair məsləhətlər verirlər. Biz avtomobil daşımaları ilə əlaqədar olan xidmətlərin tam spektrini təqdim edir və müştərilərimizə göndərilən yüklər barəsində narahat olmamaq və öz işlərini rahat davam etdirmək imkanı yaradırıq.
Avtomobil daşımalarının üstünlükləri və çatmamazlıqları.
Üstünlüklər:
— yüklərin yükü göndərəndən alıcıya qədər təkrar yükləməsiz çatdırılma imkanı;
— yükün yüksək səviyyədə qorunmasının təminatı;
— yüklərin konsolidasiya olunması və kiçik partiyaların daşınması;
— dəmir yolu, dəniz və çay limanlarından asılılığın olmaması.
Çatmamazlıqlar:
— iri partiyalı yüklərin uzaq məsafələrə daşınması zamanı məhdudiyyətlər;
— yol şəbəkəsindən asılılıq (transkontinental yüklər üçün);
— uzun məsafələrə daşıma zamanı bahalı nəqliyyat növü.