İran  bizim eradan əvvəl mövcud olan  qədim bir ölkədir. Bu ölkə zəngin mədəni irsə malık olmaqla yanaşı, həm də Türkiyədən sonra VVP ölçüsünə görə Qərbi Asiyada və İslam dünyasında ikinci yerdə  olan və regionun texnoloji cəhətdən ən çox inkişaf edən ölkələrindən biridir. İran Avrasiyanın ən mühüm  strateji  regionunda yerləşən zəngin neft və təbii qaz ehtiyatlarına və inkişaf etmiş kənd təsərrüfatı sahəsinə malik bir dövlətdir. Ölkədən ixrac olunan məhsullar əsasən xam neft və neft emalı məhsulları, metal filizləri, meyvə, tərəvəz, qoz, fındıq və xalçadır. Ölkəyə idxal olunan əsas məhsullar isə ağır maşınqayırma və kimya sənayesi məhsulları, avtomobillər, dəmir, polad, mineral xammal, ərzaq, istehlak malları, tekstil və kağızdır. Azərbaycan İranı postsovet və Avropa ölkələri ilə birləşdirən nəqliyyat koridorlarından biridir. Məhz buna görə, «AZTRANSLINE» qeyri – qabarit və yığma yüklərin İrana daşınması sahəsində və belə yüklərin  İrandan avtodaşımalar, dəmir yolu ilə daşımalar, avia daşımalar, konteyner daşımaları   kimi vasitələrlə istənilən partiyalarla gətirilməsi üzrə geniş xidmətlər təklif edir. Biz artıq bu bazarda işləyirik və əldə etdiyimiz təcrübəni müştərilərimizə təqdim edirik. Mütəmadi olaraq Rusiyaya, Ukraynaya və MDB-nin digər ölkələrinə kənd təsərrüfatı məhsulları daşıyan avtofurqonlar göndərir , geriyə isə xalq istehlakı malları, ağır maşınqayırma və digər məhsulları daşıyırıq. Bu yol ilə yükllər  İrandan tranzit olaraq  qonşu Əfqanıstan və Pakistana da gedir. Cənub-Qərbi Asiyadan gələn yüklər Bəndər Abbas limanından İran konteyner daşıyıcıları ilə 20 və 40 futluq konteynerlərdə Azərbaycana və  sonradan avtomobillər və ya dəmir yolu ilə Rusiyaya, Qazaxıstana və digər ölkələrə çatdırılır.

Gürcüstan dəniz limanlarından aparılan yüklər də İrana Azərbaycan keçmək yolu ilə çatdırılır. Sadaladıqlarımız  «AZTRANSLINE» şirkəti tərəfindən  İrana yük daşıma və  İrandan yüklərin daşınması  marşrutlarının  tam siyahısı deyil. Biz yük daşımalarını dəqiq işlənilmiş marşrutlara uyğun və sınanmış  yollarla həyata keçiririk. Bizim əməkdaşlar nəzarət-buraxılış məntəqələrinin işi, sərhəd buraxılış məntəqələrinin bütün gömrük formallıqları və nüansları haqqında tam məlumatlıdırlar. Bizim tərəfdən həmçinin, saat qurşağının fərqləri də nəzərə alınır. Bu görə də, Sizin yüklərinizin çatdırılması sərhəddə minimal vaxt itkisi ilə və ən qısa zamanda baş verəcəkdir. Bizim şirkətin xidmətləri yalnız yük daşımaları ilə məhdudlaşmır. Biz eyni zamanda logistik xidmətlərinin bütün spektrini də təklif edirik. Bizim mütəxəssislər qeyri-qabarit  və ya ağır çəkili yığma yüklərin çatdırılması üçün lazım olan icazələri almağa kömək edir, sığorta, gömrük deklarasiyaları və fakturalarının doldurulması üzrə məsləhətlər də verir. Bizim   müştərilər  onların yüklərinin təyin olunmuş vaxtda İrana çatdırılması  və yükü müşaiyət edən sənədlərin hazırlanmasıvə vəziyyəti haqqında narahat olmamalıdırlar.

Biz Sizə Sizin məhsulunuzun qorunmasına və bizim şirkət tərəfindən təqdim edilən bütün logistik xidmətlərinin yüksək keyfiyyətinə zəmanət veririk. Yüklərin çatdırılması yüksək səviyyədə həyata keçiriləcəkdir, bu da «AZTRANSLINE» şirkətinin əməkdaşlarının öz işinə maksimal məsuliyyətli yanaşması ilə şərtləndirilir. Yüklərin daşınmasını bizdə sifariş edərək, Siz başqa işlərlə məşğul ola bilər və sifarişinizə görə rahat olmaya bilərsiniz.

«AZTRANSLINE»  məmnuniyyətlə  Sizə yüklərinizin İrana və yaxud İrandan gətirilməsinə kömək edər!